Xaricdən Azərbaycana 34 ton dondurulmuş at əti keçirilməsinin qarşısı alındı


20:54     30 Avqust 2018 18_08_30_1535633772.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.


Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindəndən Femida.az-a verilən məlumata görə, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

Qida Təhlükəsizliy Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Femida.az

Açar sözlər: #AQTA   #qida   #ət  

Oxunub: 355