Məşhur futzal klubunun sahibi saxlanıldı


22:48     13 May 2015 ibraqhim1.jpg


Hacı İbrahimin ümumi sərvəti 2 milyard manat təşkil edir. Bu gün saxlanılan məşhur iş adamları arasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı- İbrahim İbrahimovun (Hacı İbrahim Nehrəmli) da adı hallanır.

Mətbuatda yayılan məlumatlara görə, İbrahim İbrahimov hazırda “Bandotel” də dindirilir.

Hacı İbrahimli kimdir?

Biznes aləmində hansı işlərilə tanınır?

Femida.az saytı bu barədə ətraflı araşdırma aparıb. İbrahim İbrahimov 1958-ci ildə may ayının 28- də Naxçıvan MR-nın, Babək rayonun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Ali təhsilini isə, Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsində alıb.

İbrahim İbrahimov ictimai arenada Hacı İbrahim Nehrəmli kimi tanınır.Hacı İbrahim biznes fəaliyyətindən əvvəl siyasi fəaliyyətlə məşğul olub. 1995-2000-ci illərdə Naxçıvan MR parlamentinin deputatı seçilib. 2000-ci ildən sonra o, öz siyasi fəaliyyətinə son qoyur.Birdəfəlik olaraq bizneslə məşğul olur. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov “İkan”adlı tikinti şirkətinin əsasını qoyur.

Bununla o, bir sıra tikinti layihələrini həyata keçirir. İbrahim İbrahimov 1996-cı ildə , müxtəlif şirkətlərini “Avesta holdinqə” birləşdirir. Bu holdinqin Rusiya, Türkiyə, İran, Polşa, Çexiya, Çin, Koreya və BƏƏ ilə əlaqələri var. Məşhur iş adamı Hacı İbrahim Nehrəmli şəxsi sərvətinin 2 milyard manat (təxminən 2.5 milyard dollar) olduğunu açıqlayıb.

Onu daha da məşhur edən “Xəzər adaları” layihəsi olub.Bu layihə nəhəng bir tikili proyektidir. Layihənin ümumi dəyəri 100 milyard dollardır. Bu layihənin ən əsas uğuru bir kilometrdən çox hündürlüyü olan dünyanın ən hündür qülləsi olacaq. Layihənin şöhrəti hətta Türkiyə mətbuatına qədər gedib çıxdı. İş adamı öz fəaliyyətini futzal sahəsində də sınayıb. Azərbaycanın futzal çempionatının lideri və ən imkanlı klubu sayılan "Xəzər adaları" klubu da Hacı İbrahimova məxsusdur.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2188