Gömrük dərəcəsinə dəyişiklik - 15-dən 30 dollara qaldırıldı
13:23 05 Sentyabr 2018
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edib.
Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin "0701 90 500 0" və "0701 90 900 0" alt yarımmövqelərinə aid sətirlərinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)" sütununda "15" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin.
Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.
Oxunub: 327
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrük təmsilçiləri üçün imtahan keçirilib
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
- Gömrük Komitəsindən iddialara cavab: Avtomobillər satılmaq üçün gətirilirmiş