Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
19:28 04 May 2022
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.
Bu barədə Femida.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə vasitəsilə Almaniyaya biyan kökü yükü aparan 29E39310 dövlət nömrə nişanlı “RENAULT” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib.
Gömrük baxışı keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında xalis çəkisi 8 kiloqram 700 qram olan narkotik vasitə-heroin aşkar olunub.
Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi başlanılıb.
Oxunub: 2874
Oxşar xəbərlər
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükçülər minik avtomobilində tapança aşkarladı
- Gömrükçülər ölkəyə "İphone 12" telefonların qanunsuz gətirilməsinin qarşısını alıb
- Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- Gömrükçülər qanunsuz yolla telefon və dərman keçirənləri saxladı
- Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb
- Gömrükçülər iri kuryer və poçt daşımaları şirkətləri ilə görüşdü