Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
15:33 16 Mart 2022
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.
Femida.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, sürücü idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib. Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, metadon "Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələ"»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir. Alprazolam isə «Dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.
Oxunub: 3550
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükçülər minik avtomobilində tapança aşkarladı
- Gömrükçülər ölkəyə "İphone 12" telefonların qanunsuz gətirilməsinin qarşısını alıb
- Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- Gömrükçülər qanunsuz yolla telefon və dərman keçirənləri saxladı
- Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb
- Gömrükçülər iri kuryer və poçt daşımaları şirkətləri ilə görüşdü