Kartofa gömrük rüsumu 2 dəfə artırıldı
14:26 05 Sentyabr 2018
Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb.
Femida.az-ın məlumatına, görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.
Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- İrandan gətirilən 64 ton kartof geri qaytarılıb
- Azərbaycana gətirilən kartofa yeni tələblər müəyyən edilib
- Rusiya kartof idxalı ilə bağlı Azərbaycana xəbərdarlıq edib
- Həbsdə olan yeznəsinə kartofun içəsində narkotik apardı
- Qusarda 5 ton kartof oğurlanıb
- Əli Əhmədov: “Yayın ortasında 2 manata kartof olmaz!” - VİDEO
- Bakıda yük avtomobili və 1 ton kartof yanıb
- Moskvada azərbaycanlını kartofa görə güllələdilər
- Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır – Səbəb