Sistem yükləndi - "Sosial ev"lərin satışı dayandırıldı


15:47     05 Sentyabr 2018 18_09_05_1536133913.jpg


Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılıb.

Saat 11:00-da başlanılan satışda Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı saat 11:00-da başlayacaq və bu il dekabrın 5-i saat 11:00-a qədər davam etməli idi.

Lakin evlərə həddindən artıq çox tələbat olduğuna görə, MİDA mənzil seçimi prosesini cəmi 45 dəqiqə sonra dayandırıb.

Qurumdan Femida.az-a verilən açıqlamaya görə, sistem bu gün saat 15:00-dan etibarən yenidən aktivləşdiriləcək. Vətəndaşlar yenidən girib mənzillərin seçimini edə biləcək.

Xatırladaq ki, "Elektron hökumət" portalı tərəfindən "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş vətəndaşların mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə sessiyanın aktivliyinin müddəti 500 dəqiqəyədək artırılıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #MİDA   #mənzil   #sosial  

Oxunub: 368