Zaqatalada doğuş zamanı ana ölüb
14:13 06 Sentyabr 2018
Zaqatala rayonunda ana ölümü baş verib.
Femida.az-;n Report-a istinadən Rayonun Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.
Körpənin vəziyyəti normaldır.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.
Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ərdoğan Azərbaycana gəlir
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Xoşqədəmin köməkçisiyəm dedi və... - Yarım milyon manata yaxın dələduzluq
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib