Bu il Azərbaycana turist axını olub - BÖYÜK ARTIM


15:46     07 Sentyabr 2018 2018/09/tursit_3072612624.jpg


Azərbaycana səfər edən əcnəbilərin sayında ötən ilin yanvar-iyul aralığına olan nisbətdə 9.3% artım müşahidə olunur.

Dövlət Turizm Agentliyi Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2018-ci ilin yanvar-iyul ayları aralığında Cənubi və Şərqi Asiya ölkələrindən 112 minə yaxın səyahətçi ölkəmizə səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 57% artım təşkil edib. Bu bölgələrdən olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan (209%), Hindistand (188%) və Türkmənistandan (80%) olan səyahətçilər təşkil etmişlər. İrandan səfər edənlərin sayı isə 166 min nəfər olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 21% azalma təşkil etmişdir.



2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artıb. Bu axının böyük hissəsi, 0.5 milyon və ya 31.5%, Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20%), Yaxın Şərq bölgəsi (13%), Türkiyə (10%) və İran (10%), həmçinin, əcnəbi axının digər əhəmiyyətli mənbələri sayılırlar.



Yay mövsümündə ziyarətçi sayının artması Rusiya və Yaxın Şərq bölgəsindən səfər edənlər üçün də xarakterikdir. Asiya bölgəsi, nəzərəçarpacaq mövsümlük olmadan sabit artım nümayiş etdirir. Türkiyə və Gürcüstandan səfər edənlərin inkişaf dinamikasında, demək olar ki, hər-hansı bir nəzərəçarpacaq mövsümi xarakter olmadan stabil temp müşahidə olunmaqdadır. İran səyahətçiləri, digər aylara nisbətdə, Mart ayı ərzində 3-4 dəfə artıq göstərici nümayiş etdirmişlər. Eyni mənzərəni 2017-ci ilin analoji dövründə də müşahidə etmək mümkündür. Buna iran vətəndaşlarının hər il Mart ayında keçirilən Novruz bayramına olan maraqları səbəb ola bilər.



2018-ci ilin Yanvar-İyul ayları aralığında müxtəlif ölkə və bölgələrdən səfər edən xarici vətəndaşların sayı, eləcə də 2017-ci ilin eyni dövrlər üzrə göstəriciləri və onlar arasındakı dəyişkənliyi təqdim edirik:



Qeyd edək ki, əcnəbilərin sayı Dövlət Sərhəd Xidməti tərəfindən qeydə alınmış sərhəd keçmələrinin sayıdır. Bu say özündə, turistlər də daxil olmaqla, Turizm Statistikası üzrə Beynəlxalq Tövsiyyələr toplusuna (IRTS 2008) əsasən turist anlamına uyğun gəlməyən sərhəd işçilərini, uzun-müddətli işçiləri, tələbələri, pasient və digər qrup şəxsləri də ehtiva edir. Burdan da belə məna hasil olur ki, ölkəyə gələn turist axınının göstəricisi bu hesabatda göstərilən rəqəmlərdən bir qədər aşağıdır.









Amin Nəzərli

Femida.az

Açar sözlər: #turizm   #turist   #ATA   #Bakı   #Azərbaycan   #femida  

Oxunub: 1204