Ramil Quliyev dünya çempionatında gümüş medal qazandı
22:24 08 Sentyabr 2018
Türkiyəli millisində yarışan azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.
Femida.az xəbər verir ki, Quliyev 200 metr məsafəyə qaçışda 20,28 saniyə nəticə göstərərək ikinci olub.
Yarışda qızıl medalı 20,19 saniyə nəticə göstərən panamalı Alonso Eduard qazanıb. Ekvadorlu Aleks Quinonez isə 20,38 saniyəlik nəticə ilə bürünc medal əldə edib.
Quliyev Avropa, Eduard və Quinonez isə Amerika komandasının tərkibində yarışıblar.
Xatırladaq ki, Ramil Quliyev sonuncu dəfə 30 avqustda İsveçrənin Sürix şəhərində “Brilyant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.
Avqustun 9-da Berlində keçirilən Avropa Çempionatının finalında isə 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.
O, bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.
Oxunub: 253
Oxşar xəbərlər
- Ramil Səfərovun vəkili: "Ermənilər səs-küy qaldıraraq ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdi" (MÜSAHİBƏ)
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO
- Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
- Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir
- Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?