Ağstafada yanğın olub - Yaralananlar var


15:10     11 Sentyabr 2018 yangin_38673636.jpg

Ağstafada yanğın baş verib.



FHN-dən Femida.az-a verilən məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər:

Oxunub: 224