Şəhid ailələri, DİQQƏT! - Oktyabrdan sənəd qəbulu başlayır
19:00 12 Sentyabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası və ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətlərində aparılan işlər müzakirə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.
Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO