AZAL xanım işçi axtarır
16:01 14 Sentyabr 2018
"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.
QSC-dən Femida.az-a verilən məlumata görə, sənəd qəbulu 2018-ci il sentyabrın 17-dən oktyabrın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.
Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır. Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4);
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).
Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.
Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.
Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda bu il boşanmaların sayı 11 faiz azalıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- Azərbaycanda ölüm səviyyəsi azalıb
- Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb
- Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə 1%-ə yaxın azalıb
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb