Gəncənin Maliyyə İdarəsinə yeni rəis təyin olunub
16:08 14 Sentyabr 2018
Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.
Femida.az xəbər verir ki, Maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.
Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Femida.az
Oxunub: 3303
Oxşar xəbərlər
- Gəncənin icra başçısı özünə müavinlər təyin etdi
- Gəncənin vurulmasına Türkiyədən reaksiya: Qarşılıqsız qalmayacaq!
- Gəncənin raketlə vurulma anı - VİDEO
- Gəncənin atəşə tutulması ilə bağlı Türkiyə Müdafiə Nazirliyidən açıqlama
- Gəncənin atəşə tutulması nəticəsində azyaşlılar xəsarət alıb - FOTOLAR
- Gəncənin atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb
- Gəncənin mərkəzində avtomobilə od vurdular (VİDEO)
- Gəncənin su təchizatı yaxşılaşdırılır
- Gəncənin icra başçısı məsləhətçisini işdən azad etdi
- Gəncənin yeni icra başçısı şöbə müdirini işdən çıxardı