Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylandı
20:12 15 Sentyabr 2018
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edib.
Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, məktəbli geyimləri sentyabrın 15-də Bilik günü münasibətilə keçirilən tədbirdə şagirdlərə təqdim olunub.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza “Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.
Oxunub: 861
Oxşar xəbərlər
- İlham Əliyev və Ərdoğana Cocuq Mərcanlı barədə məlumat verilib
- Ermənilər Cocuq Mərcanlını atəşə tutdu - Evlərə ciddi ziyan dəydi
- Düşmən Cocuq Mərcanlıda 14 yaşlı uşağa atəş açdı
- Cocuq Mərcanlıdakı yarımstansiya sıradan çıxıb
- Bakıdan Cocuq Mərcanlı qəsəbəsinə marşrut xətti açılır
- Cocuq Mərcanlıya ilk avtobus yola düşdü
- Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
- Cocuq Mərcanlı sakinlərinə gübrə paylanılacaq
- “ASAN Könüllüləri”nin növbəti layihəsi Cocuq Mərcanlıda başladı
- Cocuq Mərcanlıda humanitar aksiyaya start verilib