Yük maşınından yola çən düşdü - Yaralılar var
09:07 17 Sentyabr 2018
Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Sammari” markalı minik avtomobili hərəkətdə olarkən qarşıdan gedən yük maşınından kiçik tutumlu çən yerə düşüb. Sürücü ona toxunmamaq üçün maşını yana qaçırtmaq istəyən zaman idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtombildə olan Biləsuvar sakinləri - 1984-cü il təvəllüdlü Səmədov Elvin Nurəddin oğlu və 1987-ci il təvəllüdlü Bəndiyev Taleh Ədalət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Report/
Femida.az
Oxunub: 863
Oxşar xəbərlər
- Yüksək vəzifəyə təyin olunan Əliyar Məmmədov kimdir? - DOSYE
- Yük avtomobili velosipedçilərə çırpılıb, 6 nəfər ölüb
- Yük maşınlarının ölkəyə daxil olma qaydası
- Yüksək vəzifəyə təyin olunan Əli Əlizadə kimdir? - DOSYE
- Yük avtomobilində 244 kiloqramdan çox heroin aşkar edilib - VİDEO
- Yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb - FOTO
- Yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
- Yüksək dağlıq ərazilərdə 13-19 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
- Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı
- Yük maşınının vurduğu piyadanın ayağı amputasiya edilib - MƏHKƏMƏ