Gürcüstanda ali təhsil alan azərbaycanlıların sayı artıb


16:24     18 Sentyabr 2018 1451116466_telebe-1.jpg

2017-2018-ci tədris ilinin sonunda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702 nəfər təşkil edib.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında qeyd olunub.

Məlumata əsasən, ötən tədris ilinin əvvəlindəki göstərici ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 11 nəfər artıb.

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2 201-i isə özəl universitetlərdə təhsil alır.

Qonşu ölkədə ali təhsil alan əcnəbi tələbələrin ümumi sayı 10 074 nəfər təşkil edir ki, onların da arasında birinci yeri 3 834 nəfərlə Hindistan tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 893