Maşın oğruları saxlanılıb
15:07 20 Sentyabr 2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
DİN-dən Femida.az
-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.
Digər bir avtomobil qaçırılması faktı isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Femida.az
Oxunub: 1279
Oxşar xəbərlər
- Maşın qaçıran keçmiş məhkum ələ keçdi
- Maşın yolu keçən piyadanı vurub öldürdü
- Maşınların arxa şüşəsinə şüar yazmaq qanunsuzdur? - CAVAB
- Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü
- Maşınlardan oğurluq edən şəxs tutuldu
- Maşın oğurlayan keçmiş məhkum tutuldu
- Maşınların gömrük rüsumlarına yenidən baxılacaq
- Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
- Maşından külli miqdarda pul oğurlandı
- Maşını qaçırıb yandırdılar