11 min 652 gənc işlə təmin edilib

11 min 652 gənc işlə təmin edilib


21:40     26 Sentyabr 2018 2018/09/1Y5B2931_3075965950.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Femida.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını bildirib. Nazir müavini görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycanın gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasında yer tutduğunu vurğulayıb.

M.Kərimli gənclərin məşğulluğa cəlb etdirilməsi istiqamətdə işlərin davam etdiyini vurğulayıb. M.Kərimli məşğulluq orqanları tərəfindən cari ilin yanvar-sentyabr aylarında işlə təmin edilən 41.5 min nəfərdən 11 min 652-nin gənc olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki bu ilin 9 ayında məşğulluq orqanları tərəfindən 1691 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub ki, onlardan təxminən 900 nəfərini gənclər təşkil edib. Özünüməşğulluq proqramında da gənclərin iştirakına xüsusi əhəmiyyət verildiyini bildirən nazir müavini qeyd edib ki, ötən il proqrama cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaradanların 1000 nəfəri gənc olub.



“Karyerada ilk addım” devizi altında təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən nazir müavini burada əsas məqsədin gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, işəgötürənlərlə ilkin əlaqələr qurmaları üçün şərait yaradılması olduğunu bildirib.

Tədbirdə Bakı şəhərinin rayon məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 53 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 50-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 254 boş iş yeri təqdim ediblər. Onlardan 29-u dövlət, 225-i qeyri-dövlətdir.


Femida.az

Açar sözlər:

Oxunub: 304