Gürcüstanda qəflətən dünyasını dəyişən tələbə qız kimdir? - YENİLƏNDİ


18:19     27 Sentyabr 2018 2018/09/dd1_61538052950_1538058462.jpg

"Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.

Femida.az xəbər verir ki, hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, Zeynəb Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Gənc qızın hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.


***

Femida.az-ın əldə etdiyi məlumata görə, Zeynəb Vəlizadə Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəis müavini Şirinəli Vəliyevin qızı imiş.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş "Qafqaz") tələbəsidir.









Femida.az

Açar sözlər:

Oxunub: 4398