Dövlətlərarası Şuranın prezidenti Azərbaycana gəldi


14:39     01 Oktyabr 2018 18_10_01_1538390892.jpg


Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodina Azərbaycana işgüzar səfərə gəlib.

Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, professor Tatyana Anodina Azərbaycana işgüzar səfərə gəlmişdir.

Səfər çərçivəsində Baş Nazir Novruz Məmmədov, eyni zamanda Azərbaycan Respublikası hökümətinin nazirləri ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı Dövlətlərarası Şura tərəfindən 2015-2018-ci illərdə Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən böyük beynəlxalq tədbirlər müzakirə olunmuşdur.

Tatyana Anodina mülki aviasiya obyektlərini və təşkilatlarını ziyarət etmiş və AZAL prezidenti Cahangir Əsgərov ilə görüşmüşdür. Tərəflər uçuşların təhlükəsizliyinin bundan sonra da artırılması, aviasiya texnikası, hava limanları və təmir müəssisələrinin sertifikatlaşdırılması məsələlərini nəzərdən keçirmişdirlər.
Dövlətlərarası Şuranın prezidenti 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun işində iştirak etmişdir.

Tatyana Anodina bu günlərdə Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının yarışlarına baxmışdır.

Femida.az

Açar sözlər: AZAL  

Oxunub: 522