Terrorçular Türkiyənin ultimatumunu qəbul etdilər


18:14     02 Oktyabr 2018 18_10_02_1538483775.jpg

“Ən Nusra Cəbhəsi” terror qruplaşmasının üzvləri Suriyanın İdlib bölgəsində öz qüvvələrini buraxmaq qərarına gəliblər.

Femida.az TASS agentliyinə istinadla xəbər verir.

Mənbənin verdiyi məlumatlara görə, qruplaşma rəhbərləri Türkiyənin ultimatumu ilə razılaşıblar. Bu, ölkə kəşfiyyat nümayəndələri ilə keçirilən bir neçə iclasdan sonra mümkün olub.

İndi qruplaşma dağılmalı, onun üzvləri isə İdlibdə yaradılmış demilitarizasiya zonasını tərk etməlidirlər.

Qeyd edilib ki, bu proses bir neçə ay ərzində, mərhələli şəkildə baş tutacaq.

Açar sözlər:

Oxunub: 1673