İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub


10:26     03 May 2022 22_05_03_1651555617.jpg

İraqın Mosul şəhərinin Sincar rayonunda PKK/YBŞ terror təşkilatının silahlıları ilə İraq ordusunun bölmələri arasında atışma olub.

Bu barədə Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, atışma zamanı İraqın 1 əsgəri həlak olub.

Ölkə rəsmilərindən biri bildirib ki, ordu bölmələri ilə PKK terrorçuları arasında baş verən silahlı qarşıdurmalara görə 50 ailə evlərini tərk edib. Onlar xüsusi düşərgəyə yerləşdiriləcək.

“Rudaw” kanalının xəbərinə görə, Sincarda terrorçularla İraq ordusu arasında qarşıdurmalar davam edir.

Açar sözlər:

Oxunub: 364