Qarabağa qanunsuz gedən Latviya vətəndaşı üzr istədi
16:57 03 Oktyabr 2018
Latviya Respublikasının vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən Femida.az-a verilən xəbərə görə, məktubunda Harijs Egliens 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Harijs Egliens Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Harijs Egliens Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.
Sonda Harijs Egliens gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Qarabağa icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- Qarabağa qayıdış bu kəndlərdən başlayacaq (SİYAHI)
- Qarabağa qayıdışla bağlı sorğu keçirildi - NƏTİCƏLƏR
- Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
- Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
- Qarabağa yeni hərbi prokuror təyin edildi
- Qarabağa səyahət etmək istəyən əcnəbilərə XƏBƏRDARLIQ