Yük maşını 2 nəfərin üzərinə aşdı - Göygöldəki qəza ilə bağlı açıqlama


11:59     06 Oktyabr 2018 bakida-yuk-masini-asdi-foto-0.jpg

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 406