Əfqanıstanda 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb
20:44 10 Oktyabr 2018
Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayın 5 faiz artıb.
Hesabatda dinc sakinlər arasında tələfatın başlıca səbəbləri kimi əldəqayırma partladıcı qurğular və terror aksiyaları (1015 nəfər ölüb - 45 faiz), silahlı toqquşmalar (605 nəfər ölüb - 39 faiz), dinc sakinlərin qəsdən qətlə yetirilməsi (439 nəfər ölüb - 8 faiz) göstərilib.
Bununla yanaşı, hökumət və hökumətyönlü hərbi qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış sursatlar (4 faiz), qarşıdakı seçkilərlə bağlı terror hücumları da dinc əhali arasında xeyli tələfata səbəb olub.
Oxunub: 324
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstanda məsciddə partlayış törədilib
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var
- Əfqanıstanda məsciddə partlayış törədilib, yaralananlar var
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda iranlı jurnalistlərə silahlı hücum