Gəncədə zəncirvari qəza - 6 maşın toqquşdu

Gəncədə zəncirvari qəza - 6 maşın toqquşdu


20:29     14 Oktyabr 2018 Qeza2.jpg

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 241