Qarabağa qanunsuz gedən 3 jurnalist “qara siyahı”ya salındı

Qarabağa qanunsuz gedən 3 jurnalist “qara siyahı”ya salındı


17:52     17 Oktyabr 2018 18_10_17_1539784442.jpg


Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib.

Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 179