Kafe yanıb


09:35     18 Oktyabr 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 80 m2 olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin və dəhlizinin lambirdən ibarət tavanı 22 m2 sahədə, mətbəx mebeli 2 m2 sahədə yanmış, yüksək temperaturdan plastik qapı qismən əriyib.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 243