Nazirlik yanında İctimai Şuranın görüşü keçirilib
13:45 21 Oktyabr 2018
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun üzvlərinin Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib.
Görüşü İctimai Şuranın sədri Umud Mirzəyev açaraq, nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında qurulmuş səmərəli əməkdaşlıq əlaqələri və xüsusən də bu görüşün əhəmiyyətini qeyd edib.
Nazirlik rəsmisi öz çıxışında qeyri- rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq, təhlillərin və maarifləndirmə işləri apararaq yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsi, özünüməşğulluq proqramının aktiv əmək proqramı olaraq, işsiz və işaxtaran şəxslərin fərdı ailə təsərrüfatlarını və gəlirgətirən sahələrini formalaşdırdığnı bildirib.Özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi əhəmiyyətliliyi eləcə də aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmaları, onların gəlirlərini artırmaqla dövlət sosial yardım proqramından asılılığının aradan qalxması və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratdığı qeyd olunub.
İctimai Şuranın üzvü, işçi qrupun koordinatoru Zaur Quliyev işçi qrupun Fəaliyyət planını təqdim edərək, nəzərdə tutulan fəaliyyətləri diqqətə çatdırmış, qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyətlərin davam etdirilməsinin zəruliyini qeyd edib. Bununla yanaşı , ƏƏSM nazirliyi yanında İctimai Şura və işçi qrupunun şəffaflığın təmin olunması məqsədilə özünü məşğulluq proqramının icrası prossesində ictimai nəzarətin həyata keçirilməsi, seçim prossesinin, maddi-məişət şəraitinin qiymətləndirilməsi, təlimlərin keçirilməsi, biznes planların müdafiəsi, mal və materialların təqdim edilməsi, verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə olunması , proqramın dayanıqlığının monitorinqinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Görüş qarşılıqlı müzakirə şəklində davam edib.
Femida.az
Oxunub: 338
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib