Gəncədə intihara cəhd - Binanın damına çıxdı


09:06     22 Oktyabr 2018 intihar3.jpg

Gəncədə intihar hadisəsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nizami rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 348