6 rayonda 10 mağazanı yardı - İmişlidə tutuldu


11:36     26 Oktyabr 2018 2018/04/hebs_023569_1523353823.jpg

Oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan şəxsin respublikanın bir neçə rayonunda anoloji cinayət əməlləri törətdiyi də müəyyən edilib.


DİN-dən Femida.az-a verilən xəbərə görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Laçın rayon sakini Nahid Süleymanov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətdiyinin də üstü açılıb.

Belə ki, onun cari ilin iyul-sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazilərində ümumilikdə 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 353