Qubada 48 yaşlı qadın itkin düşüb - FOTO


14:10     30 Oktyabr 2018 2018/10/2455FD00-4555-43EF-B2D9-E84E19B24EDF_1540894692.jpeg

Qubada 48 yaşlı rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Amsar kənd sakini Güləbətin Zəkiyeva oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, psixi problemlərdən əziyyət çəkir.

Güləbətin Zəkiyevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (023 335-35-11; 335-43-02 şəhər nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 409