Miqrasiya Xidmətinin yeni əməkdaşları təlimə başladı
16:15 31 Oktyabr 2018
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə yeni qəbul olunmuş dinləyicilər üçün təlim təşkil edilib.
DMX-dan Femida.az-a verilən xəbərə görə, təlim çərçivəsində dinləyicilərə “ASAN xidmət” mərkəzlərində “Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin səmərəli təşkili”, “Vətəndaş məmnunluğunun təmin edilməsi”, “Miqrasiya orqanlarında qulluq keçmə qaydaları və şərtləri”, “Miqrasiya orqanları işçilərinin hüquq və vəzifələri”, “Kargüzarlıq xidmətinin əsas vəzifələri və işin təşkili”, “Miqrasiya orqanlarında vahid uçot sisteminin təşkili”, “Kargüzarlığın elektron qaydada aparılmasının tənzimlənməsi”, “Miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət”, “Mədəni davranış və ünsiyyət qurmaq bacarığı” mövzularında mühazirə və seminarlar təşkil olunub.
Təlim prosesində dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi
- Miqrasiya idarəçiliyi pandemiya sınağında - Vüsal Hüseynov yazır