Uşaqları baqajda daşıyırlar! - Azərbaycanda şok olayın VİDEOsu


16:14     01 Noyabr 2018 2018/11/usaq_1541074698.jpg

Şəmkirdə sürücü azyaşlı uşaqların həyatını təhlükə qarşısına qoyub.

Femida.az xezerxebere istinadən xəbər verir ki, rayonda azyaşlıların avtomobil baqajında daşındığını əks etdirən video yayılıb.
Hadisə “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobil küçədə gedərkən lentə alınıb. Sürücü salonda yer olmadığından azyaşlı uşaqları avtomobilin yük daşınan yerinə mindirib.
Uşaqların həyatını təhlükəyə atan sürücü, bu azmış kimi üstəlik, onların hava alması məqsədi ilə baqajı da açıq qoyub.

Açar sözlər: #video  

Oxunub: 592