"Səyyar ASAN" Kürdəxanıya yollanır - Sayğaclarla bağlı


16:16     05 Noyabr 2018 1428043706_seyyar-asan-xidmet-beyleqanda4.jpg


5 dekabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəxanı qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 346