Binəqədidə civə dağıldı


00:00     13 Oktyabr 2015 232571.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonununda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, maye halında olan kimyəvi element FHN-nin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Açar sözlər:

Oxunub: 1105