Rusiyanın 11 şəhəri qana boyanacaqdı - Kəşfiyyat şefi DETALLARI AÇDI


21:53     07 Noyabr 2018 18_11_07_1541613308.jpg

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) futbol üzrə dünya çempionatında terror aktlarının həyata keçirilməsi üçün pilotsuz təyyarələrdən istifadə etməyə çalışan terrorçuların cəhdlərinin qarşısını alıb.

Femida.az xəbər verir ki, bu haqda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, idarə xarici azarkeşlərə hücumları planlaşdıran 7 qruplaşmanı ifşa edib. Bortnikov qeyd edib ki, terrorçuların nəzarətsiz olması terror üçün dronların tətbiqi ilə nəticələnə bilərdi.

Qeyd edək ki, futbol çempionatı 2018-ci ilin 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçirilib. (publika.az)

Açar sözlər:

Oxunub: 628