"Qarabağ" üçün qırılma nöqtəsi


09:44     08 Noyabr 2018 2018/11/fd3db684-2ecd-4f74-9401-320b901de81b_1541655940.jpg


Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsində 4-cü oyununa çıxacaq.

Femida.az xəbər verir ki, Qurban Qurbanovun komandası Ukrayna "Vorskla”sı ilə səfərdə qarşılaşacaq.

E qrupunda yarışan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 544