Külli miqdarda aksiz markasız içkilər aşkar edilib
11:45 10 Noyabr 2018
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə “VAZ 21074” markalı avtomobildə aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.
Komitədən Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi Gəncə şəhəri istiqamətinə hərəkət edərkən gömrükçülər tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.
Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd “Nemirovskaya”, 12 ədəd “Nemiroff (Wheat)”, 8 ədəd “Nemiroff (Birch)”, 4 ədəd “Nemiroff (Honey Pepper)”, 7 ədəd “Xlibniy Dar”, 4 ədəd “Royal Park”, 4 ədəd “Claymore”, 4 ədəd “MacArthurs”, 4 ədəd “Black Ram”, 2 ədəd “King Robert”, 2 ədəd “JoAN Barr”, 2 ədəd “Heaven/Hill”, 2 ədəd “Ballantines”, 0.5 litrlik ölçülərdə 2 ədəd “Jagermeister”, 7 ədəd “Nemiroff (original)”, 200 ml litrlik ölçülərdə 6 ədəd “Black Ram”, 6 ədəd “Red Label”, 3 litrlik ölçülərdə 2 ədəd “Kindzmarauli”, 5 litrlik ölçülərdə isə 2 ədəd “Kindzmarauli” adlı spirtli içkilər aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- Külli miqdarda "Parliament"i Azərbaycana gətirə bilmədi
- Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Külli miqdarda narkotik maddə aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
- Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb