Çin yeni qanadlı raketini təqdim edib


18:20     11 Noyabr 2018 rakettt%20generel.jpg

Çinin Quanqdonq vilayətinin Zhuhai şəhərində davam etməkdə olan aviaşouda bu dəfə də HD-1 supersəs qanadlı raketi nümayiş etdirilib.

Femida.az “Global Times”a istinadən xəbər verir ki, raket Çinin yerli firması “Guangdong Hongda Blasting” tərəfindən istehsal edilib.

HD-1-in texniki göstəriciləri barədə məlumat verilərkən bildirilib ki, 2200 kiloqram ağırlığa sahib silah 5 metrdən 15 kilometr yüksəkliyə qədər çox müxtəlif səviyyədə uça bilir.

Onun maksimum zərbə radiusu 290 kilometrdir və Max 3,5 sürət yığmağa qadirdir. Raketin atışa hazırlığı üçün 5 dəqiqədən az, ikinci atış üçün isə cəmi 10 saniyə tələb olunur.

Onun quruda yerləşdirilmiş xüsusi atıcı vasitədən atıla bildiyi, həm quru, həm də dəniz hədəflərini dəqiq nişan aldığı bildirilib.

Sərgidə əsas versiya ilə yanaşı, HD-1A variantı da təqdim olunub. Eyni imkanlara sahib olan bu raketin əsas fərqi qırıcı təyyarələr və bombardmançılardan atıla bilməsidir.

Açar sözlər:

Oxunub: 333