Gömrükdən 20 min dollar keçirmək istədi


12:41     12 Noyabr 2018 2018/04/dollar-del_1522672490.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 369