Dövlət qurumları avtomobillərini satışa çıxardı - 2880 manatdan
16:12 12 Noyabr 2018
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib.
Femida.az xəbər verir ki, dövlət qurumlarının balansında olan maşınlar satışa çıxarılacaq.
Onların sırasında yer alan maşınlardan üçü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan “Daewoo Nexia”dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. “KİA Optima”lar (2005) isə 3600 manata satılır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan “Mitsubishi L-200” markalı maşının (2005) ilkin satış qiyməti beş min manatdır. 2006-cı ildə istehsal edilən “Mitsubishi Galant” isə 7 500 manata satılır.
Hərracın ən baha maşını isə “Mercedes Benz S350”dir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin balansında olan maşın 30 min manata hərraca çıxarılıb. Avtomobil 2008-ci ildə istehsal edilib.
Maşınları hərracda almaq üçün onların qabaqcadan dəyərinin 10%-i məbləğində beh ödənilməlidir. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
Femida.az
Oxunub: 1152
Oxşar xəbərlər
- Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iddiaları ilə bağlı açıqlama yayıb
- Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?
- Azərbaycanda daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaq
- Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb