Bu il Almaniyadan 1449 azərbaycanlı deportasiya olunub - RƏSMİ


10:36     16 Noyabr 2018 deported_large.jpeg


Almaniyada 2018-ci ilin yanvarın 1-dən oktyabrın 31-dək deportasiya olunan və dünyanın müxtəlif yerindən yaşama icazəsi alan azərbaycanlıların sayı məlum olub.

Femida.az Report-a istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində 1449 nəfər azərbaycanlı ölkədən deportasiya olunub.

Bundan başqa, bu müddət ərzində dünyanın müxtəlif yerindən 1997 azərbaycanlı Almaniyada yaşamaq icazəsi üçün müraciət edib ki, bu da 2016-cı il ilə müqayisədə 2 dəfə azdır. Müraciət edənlərdən 1526 nəfər ilk dəfə, qalanları isə təkrar müraciət edənlərdir. Müraciət edənlərdən yalnız 179 azərbaycanlıya müvəqqəti yaşama üçün icazə verilib.

Femida.az

Açar sözlər: Almaniya   deportasiya  

Oxunub: 458