Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır - XİN
09:15 17 Noyabr 2018
Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.
Femida.az bildirir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib.
"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir", - deyə XİN rəsmisi söyləyib.
Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb