"Mazımçay"da 21 mindən çox maşın yoxlanıb - Bir ayda


11:31     17 Noyabr 2018 2018/11/mazimcay_1542440273.jpg

Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti presstur təşkil edib.

Femida.az xebər verir ki, komitə Balakən rayonunda yerləşən "Mazımçay" gömrük postunda media nümayəndələrinə gömrük proseduralarını əyani şəkildə göstərib.

DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəis müavini Azər Abasov bildirib ki, təkcə oktyabr ayı ərzində "Mazımçay" postundan 21153 nəqliyyat vasitəsi keçib:




"Oktyabrda ümumilikdə 21153 nəqliyyat vasitəsi idxal və ixrac xəttindən yoxlanılaraq buraxılıb. Qeyd edim ki, "Mazımçay" postu nəqliyyat vasitələrinin buraxılmasına görə ölkənin ən sürətli gömrük postudur. Buradan keçən nəqliyyat vasitələrinin 58 faizindən çoxu 20 dəqiqədən az müddətdə yoxlanılıb".

Xatırladaq ki, "Mazımçay" gömrük postu Gürcüstanla sərhəddə yerləşir.





Amin Nəzərli
Femida.az

Açar sözlər: #Mazımçay   #Gömrük   #Post  

Oxunub: 1609