Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
19:36 17 Noyabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda
vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb
olunmuş şəhid ailələri ilə görüşüblər.
Femida.az xəbər verir ki, rayonun Qaracəmirli və Tatarlı kəndlərindəki şəhid ailələri ilə görüşdə prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb. Nazirlik rəsmiləri fərmana əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin həyata keçirildiyini, bu prosesin ardıcıl davam edəcəyini bildiriblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Şəhid ailələrinin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də müvafiq işlər görülür. Cari ildə 158 şəhid ailəsi bu proqramda iştirak edir.
Şəhid ailəsi üzvləri sosial təminatlarının daim gücləndirilməsinin, həm də kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramı ilə əhatə olunmalarının onların rifahına, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına mühüm bir dəstək olduğunu vurğulayıblar. Onlar göstərilən bu böyük qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib