İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaldıb


16:20     18 Noyabr 2018 2018/11/tatlises_1542537422.jpg

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsi azərbaycanlı həkim Esmira Kazımova sağaldıb.


Femida.az xəbər verir ki, bu barədə sənətçi özü sosial şəbəkədə yazıb:

“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar verdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.

İbrahim Tatlısəs 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qaldıqdan sonra səhhətində problemlər yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 770