DMX Qax və Zaqatalada səyyar xidmət təşkil edib
16:39 19 Noyabr 2018
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qax və Zaqatala şəhərlərində növbəti səyyar xidmət həyata keçirilib.
DMX-dan Femida.az-a verilən xəbərə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 38 nəfər istifadə edib. Onlardan 18 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 15 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.
Bundan başqa, 1 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib, 4 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü
- DMX rəisi Vladimir Gyorgiyevlə onlayn görüş keçirdi
- DMX ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib
- DMX əcnəbilərə müraciət edib
- DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
- DMX rəisi yeni Fərmanla bağlı məlumat yaydı