Rumıniya ilə təhsil əlaqələri genişlənir
18:25 23 Noyabr 2018
Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.
Təhsil Nazirliyindən Femida.az-a bildiriblər ki, nazir müavini Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib.
Səfər çərçivəsində F.Qurbanov Rumıniyanın yeni təyin olunmuş milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı F.Qurbanov 2017-ci il mayın 24-dən 25-dək “ADA” Universitetində keçirilən Azərbaycan-Rumıniya universitetlərarası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, ölkəmizdə Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib.
Görüşdə nazir müavini, eyni zamanda, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb.
Sonra Azərbaycan ilə Rumıniya arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Nazir müavini, həmçinin Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzində də olub.
Femida.az
Oxunub: 457
Oxşar xəbərlər
- Rumıniya Ukraynaya silah verəcək
- Rumıniya Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır
- Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub, ölən və yaralananlar var
- Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi
- Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
- Rumıniya səfirliyinin əməkdaşı Kabildə terror aktı zamanı ölüb
- Rumıniyada oxumaq istəyənlərin nəzərinə! - Bu sənədlər lazımdır
- Rumıniyada 5,6 bal gücündə zəlzələ olub
- Rumıniya ilə Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib
- Rumıniyalı deputat Qarabağdan danışdı: "Regionun sabitliyinə mane olur"